

Nazirlik yeni aksiyaya BAŞLADI
"Xəzərdə, bütün su hövzələrində balıqların qadağan olunmuş sintetik torlarla, elektrik cərəyanları ilə ovlanması cinayətdir. Qadağan olunmuş bu cür alətlərdən istifadə edənlər təbiət düşmənləridir. Çünki balıqları bu cür vəhşicəsinə ovlayanlara ancaq belə ad vermək olar".
Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib. O qeyd edib ki, bu hal hamını narahat etməlidir:

“Bu torların flora və faunaya, ətraf mühitə mənfi təsirləri hesaba gəlməyəcək dərəcədə böyükdür və balıqların kütləvi məhvinə səbəb olmaqla yanaşı, bu torlar təbii yolla çürüyüb parçalanmır, torpağa qarışmır və uzun müddət tullantı kimi qalaraq sututarları və ətraf mühiti çirkləndirir. Ona görə də onların istifadəsinə son qoyulmalıdır. Bu bir cinayət əməlidir! Düzdür, bunun tədbirini hüquq-mühafizə orqanları görür, lakin bu gün belələrinin ictimaiyyət tərəfindən qınanması da təsirli bir vasitədir. Hər birimiz əl-ələ verib bu vəhşiliyə qarşı mübarizə aparmalıyıq ki, təbiət düşmənləri necə qəddar və günah bir işlə məşğul olduqlarından utansınlar.
Biz balıqların qadağan olunmuş ov alətləri ilə, sintetik torlarla, elektrik cərəyanları ilə ovlanmasının aradan qaldırılması və bu torların yığışdırılması üçün dənizdə, ümumiyyətlə, bütün su hövzələrində və sahillərdə aksiyalara başladıq. Balıqları məhv edənlər bilsin və qorxsun”.
Oxşar yazılar

İnsanların 50 faizi xəbər oxumaq istəmir - MARAQLI STATİSTİKA
1 iyul 2025 , 09:47
Dövlətimiz böyük qətiyyət göstərdi, cənazələr vətənə gətirildi - JURNALİST
1 iyul 2025 , 09:38
İyul 4 BÜRC üçün yeni başlanğıc olacaq: Bütün çətinlikləri geridə qoyacaqlar
1 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
1 iyul 2025 , 08:20
Oxu.az saytı 12 yaşını qeyd edir
1 iyul 2025 , 00:26
Böyük QALMAQAL: Lotereya səhvi minlərlə oyunçunu milyonçuya çevirdi
30 iyun 2025 , 19:07
Yeni həftə yalnız bu BÜRCLƏRƏ xoşbəxt bilet verəcək
30 iyun 2025 , 18:43
İyul ayında gözlənilən maqnit qasırğaları: təhlükəli TARİXLƏR
30 iyun 2025 , 17:38