Sabah hava necə olacaq? - PROQNOZ
16 oktyabr 2019 13:07 (UTC +04:00)

Sabah hava necə olacaq? - PROQNOZ

Oktyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb. 
 
Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturu Abşeron yarımadasında gecə 16-18, gündüz 22-26, Bakıda gecə 16-18, gündüz 23-25 dərəcə isti təşkil edəcək.
 
Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-55 faiz olacaq.
 
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin Lənkəran-Astara zonasında şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. 
 
Havanın temperaturu gecə 11-16, gündüz 24-29, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti təşkil edəcək. 
 
Tibbi-meteoroloji proqnoza gəldikdə, oktyabrın 17-18-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir.
 
# 500
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar