
Sahibini izləyən YENİ ROBOT-ÇAMADAN - Bu tarixdən satışda
İtaliyanın "Vespa" motoroller istehsalçısı ikitəkərli, öz-özünü tənzimləyən "Gita" yük robotunun təqdimetmə tarixini və qiymətini açıqlayıb.
Lent.az "ictnews"a istinadla xəbər verir ki, hər yerdə öz sahibini müşayiət edən mexanikləşdirilmiş yükdaşıyan noyabrın 18-dək satışa çıxarılacaq. ABŞ-da onun qiyməti 3250 dollar təşkil edir.
Yenilik "Vespa"nın innovativ layihələr laboratoriyası "Piaggio Fast Forward" tərəfindən işlənib hazırlanıb. 18 kq-lıq yük bölməsi ilə təchiz edilmiş "Gita" robotu kiçikölçülü yüklərin (məhsullar, elektronika, uşaq və ev heyvanları üçün oyuncaqlar) daşınması üçün düşünülüb.
Bu model avtonom deyil və ətraf mühitdə özü müstəqil hərəkət edə bilmir. "Gita" məxfilik baxımından irəlidə gedən istənilən insanı izləyir.
Sferik formalı robot-çamadan ilk növbədə şəhər şəraitində istifadə üçün nəzərdə tutulub, səki və velosiped yolları kimi bərk səthlərdə daha yaxşı hərəkət edir. "Gita" robotu qum, qar və ya palçıqda ilişib qala bilər, nərdivana dırmaşa bilmir.
Oxşar yazılar

Vertolyotdan qızılgül ləçəyi və pul səpələdilər
2 iyul 2025 , 05:13Qəddar edamlar və dəhşətli işgəncələr: HƏMAS Qəzzada müxalifəti necə məhv edir?
1 iyul 2025 , 19:59“Sputnik Azərbaycan”ın icraçı direktoru və şef redaktoru Ukraynada “arzuolunmaz şəxs” elan ediliblər
1 iyul 2025 , 19:26
Kim Çen Ina bənzərindən MESAJ: Özünü öldür və məni lider et
1 iyul 2025 , 19:20
Bu ölkədə qadınlar məcburi hərbi xidmətə cəlb olunacaq
1 iyul 2025 , 17:28
"II Qaregini Patriarxatlığı tərk etsin" - Paşinyan
1 iyul 2025 , 12:17
Hindistanda kimyəvi zavadda partlayış: 34 ölən var
1 iyul 2025 , 07:58
Bu uşaq üç ildir yemək yemir
1 iyul 2025 , 05:55