<span style="color:red;">Azərbaycan-İran sərhədində İNSİDENT  - bıçaqla sərhədçiyə hücum etdi
14 oktyabr 2019 09:43 (UTC +04:00)

Azərbaycan-İran sərhədində İNSİDENT - bıçaqla sərhədçiyə hücum etdi

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfin­dən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahə­sində təd­birlər davam etdirilir.
 
2019-cu ilin 12 oktyabr tarixində saat 13:20 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının “Horadiz” sərhəd dəstə­si­nin Füzuli rayonunun Bala Bəhmənli kəndi yaxınlığındakı sərhəd zasta­va­sı­nın xidməti ərazisində sərhəd naryadı tərəfindən 1 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamə­tində döv­lət sərhədini pozması müşahidə olunub.
 
DSX-dən Lent.az-a verilən xəbərə görə, sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xid­məti əra­zi tam qapadıl­maqla sər­həd pozu­cusu təqib edilib, ərazidə axtarış təd­birləri keçirilib. Axtarış nəticəsində qamışlıqda gizlənmiş 1 nəfər sərhəd pozucusu saxlanılıb.
 
Sərhəd pozucusu yaxalanarkən sərhəd naryadına müqa­vimət gös­tər­miş, üzərində olan soyuq silahla sərhəd naryadına hücum edərək xə­sarət yetirmişdir. Hərbi qulluqçuya dərhal təxirəsalınmaz tib­bi yardım gös­tərilmişdir, vəziyyəti qənaətbəxşdir.
 
Hadisə yerinə baxış zamanı 1 ədəd bağlamada 790 qram mari­xuana, 105 qram heroin, 100 qram kristal formalı narkotik vasitə aşkar olunmuşdur.
 
Sərhəd pozucusunun şəxsiyyəti müəyyənləşdirilmiş, Tərtər rayo­nu­­nun sakini 1990-cı il təvəllüdlü Yadigarov Etibar Əvəz oğlu olması məlum olmuşdur.
 
Hadisə ilə əlaqədar cinayət işi başlanılmışdır, zəruri əməliyyat-is­tintaq hə­rə­kət­ləri həyata keçirilir. 
# 960
avatar

Oxşar yazılar