<span style="color:red;">DİQQƏT:  Bu küçədə yol 4 gün bağlı olacaq
11 oktyabr 2019 11:39 (UTC +04:00)

DİQQƏT: Bu küçədə yol 4 gün bağlı olacaq

 
 
Aparılacaq təmir işləri ilə əlaqədar oktyabr ayının 13-dən 14-nə keçən gecədən Şəfayət Mehdiyev küçəsinin General Akim Abbasov və Əbdürrəhim bəy Haqverdiyev küçələri arasında yerləşən hissəsində avtomobil nəqliyyatı vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
 
Lent.az-a bu barədə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin
ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
 
Bildirilib ki, məhdudlaşma 3-4 gün ərzində qüvvədə olacaq. Bu müddətdə sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.
 
Agentlik yarana biləcək müvəqqəti narahatlığa görə, vətəndaşlardan üzr istəyir.
 
 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 906

Oxşar yazılar