
Şantaj etdiyi qadın özünü öldürdü: məhkəmə başlayır
Gəncə şəhərində qadını intihar həddinə çatdırmaqda, hədə-qorxu ilə pul tələb etməkdə, dələduzluqda, quldurluqda təqsirləndirilən Allahverdi Nuriddinoğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Dadaş İmanovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı açıqlanmayıb.
Qeyd edək ki, hadisə bu il Gəncə şəhərində baş verib. Aysel Babayeva (şərtidir) intihar edib. Araşdırmalar zamanı məlum olub ki, qadın uzun müddətdir Allahverdi Nuriddinoğlu tərəfindən şantaj edilirmiş. Hüquq-mühafizə orqanları tərəfindən A. Nuriddinoğlu saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
A. Nuriddinoğlu Cinayət Məcəlləsinin 125-ci (özünün öldürmə həddinə çatdırma), 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə - xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 178.1-ci (dələduzluq) və 181.2.2-ci (quldurluq - təkrar törədildikdə) maddəsi ilə ittiham verilib.
Oxşar yazılar

Bütün qadınlar üçün DƏRS: Ata üç aylıq oğlunu bir vedrə yuyucu tozda boğdu
5 iyul 2025 , 17:17
Ucar sakini narkozdan komaya düşdü, 81 gün sonra öldü
5 iyul 2025 , 17:09Kür çayında iki kater toqquşdu, yaralılar var
5 iyul 2025 , 17:03
Şəkidə Bakıdan olan ailə qəzaya düşdü: Yaralandılar - VİDEO
5 iyul 2025 , 15:29
Zaqatalada minik maşınları TOQQUŞDU: Ölən və yaralananlar var - YENİLƏNİB
5 iyul 2025 , 15:04
3 qardaşı bir-birinin ardınca qətlə yetirdi
5 iyul 2025 , 14:05
Mingəçevirdə avtobusun vurduğu qadın xəstəxanada öldü
5 iyul 2025 , 13:19
Bulvarda həyəcanlı anlar: Polis gənc qızı xilas etmək üçün özünü dənizə atdı - VİDEO -YENİLƏNİB
5 iyul 2025 , 12:08