
Türkiyə Müdafiə Nazirliyi Suriyadakı əməliyyatlarla bağlı məlumat yaydı
Türkiyənin Müdafiə Nazirliyi Suriyanın şimalında aparılan hərbi əməliyyatlarla bağlı məlumat yayıb.
APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, məlumatda bildirilib ki, hərbi əməliyyatlar terrorizmlə mübarizə sahəsində beynəlxalq hüquqa əsaslanaraq, Suriyanın ərazi bütövlüyünə tərəfdar olmaqla aparılmaqdadır.
“Fərat qalxanı" və "Zeytun budağı"nda olduğu kimi, bu əməliyyat zamanı da yalnız terrorçulara məxsus olan sığınacaqlar, istehkamlar, silah-sursat və hərbi texnikalar hədəfə alınacaq. Bundan başqa, mülki əhalinin, tarixi, mədəni, dini abidələrin zərər görməməsi üçün bütün lazımi diqqət göstəriləcək”, - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, bu gün Türkiyə Silahlı Qüvvələri Azad Suriya Ordusu (ASO) ilə birgə Suriyanın şimalında YPG/PKK və İŞİD terrorçularına qarşı "Barış bulağı" (Barış Pınarı) adlı hərbi əməliyyatlara başlayıb.
Oxşar yazılar

Rusiyada Şahin Şıxlinskinin oğlu saxlanıldı-YENİLƏNİB
15 iyul 2025 , 23:09
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadıldı
15 iyul 2025 , 22:31
Ox uşağın beynini deşdi, sağ qaldı
15 iyul 2025 , 17:44
İki uşağı öldürən sehrbaz tutuldu - 11-ni də öldürəcəkmiş
15 iyul 2025 , 13:20
Silahlılar kəndə basqın edib 300-dən çox adamı öldürdülər
15 iyul 2025 , 12:36
115 yaşlı marafonçu faciəli şəkildə öldü
15 iyul 2025 , 12:07
Doğuşdan 17 saat əvvəl hamilə olduğunu öyrəndi - Özü DANIŞDI
15 iyul 2025 , 11:13
"Bitcoin"in məzənnəsində yeni rekord
14 iyul 2025 , 07:46