Venesuelada baş verən güclü zəlzələlərdən sonra dağıntılar altında qalan bir qadın sağlam uşaq dünyaya gətirib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, doğuş elektrik enerjisi, tibbi avadanlıq və normal xəstəxana şəraiti olmadan, dağılan binanın qalıqları arasında baş tutub.
Xatırladaq ki, Venesuelada əvvəlcə maqnitudası 7,2, daha sonra isə 7,5 olan iki güclü zəlzələ baş verib. Əsas təkanlardan sonra daha 30 afterşok qeydə alınıb.
Son açıqlamalara görə, zəlzələlər nəticəsində ölənlərin sayı 589-a, yaralıların sayı isə 2980-ə çatıb.
Zəlzələlər nəticəsində çoxsaylı yaşayış binaları dağılıb, infrastruktur və xəstəxanalar ciddi zərər görüb, ölkənin əsas hava limanının fəaliyyəti isə dayandırılıb.