
Azərbaycan vətəndaşlığına qəbul edilənlərin sayı AÇIQLANDI
Azərbaycan Prezidenti İlham Əliyevin 355 nəfərin Azərbaycan vətəndaşlığına qəbul və bərpa edilməsi haqqında 27 sentyabrda imzaladığı sərəncamının icrası olaraq Dövlət Miqrasiya Xidmətində (DMX) həmin şəxslərin təntənəli andiçmə mərasimi keçirilib.
DMX-dan Lent.az-a verilən məlumata görə, sərəncama əsasən 338 nəfər vətəndaşlığa qəbul olunub, 17 nəfərin isə vətəndaşlığı bərpa edilib.
Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov vətəndaşlıq alan şəxslərin hər birinin Azərbaycanla sıx bağlı olan, bu torpağı sevən insanlar olduğunu bildirib.
Xidmət rəisi qeyd edib ki, bundan sonra vətəndaşlıq hüququ əldə edənlərin hər biri dövlətin bütün imkanlarından yararlana, seçkili orqanlarda iştirak edə biləcək, onların iş imkanları daha da genişlənəcək: “Prezident İlham Əliyevin sərəncamlarına əsasən, sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə dinamik inkişaf vətəndaşların həyatında özünü aydın büruzə verir”.
Sonra vətəndaşlığa qəbul olunan 355 nəfər təntənəli şəkildə Azərbaycanın Dövlət Bayrağı önündə Konstitusiyaya əl basaraq, dövlət dilində ölkəmizə sadiq olacaqları barədə and içiblər.
Tədbir dövlət himninin səsləndirilməsi ilə yekunlaşıb.
Oxşar yazılar

Sabah çimərliyə gedənlərin DİQQƏTİNƏ!
13 iyul 2025 , 12:26
Qarpızdakı üç əsas əlamət: onu qətiyyən almamalısınız
13 iyul 2025 , 12:23
Bakıda 40 dərəcə isti olacaq - SABAHIN HAVASI
13 iyul 2025 , 12:05
İşlər çox pis gedəcək: Bu BÜRCLƏRİ ilin ən çətin dövrü gözləyir
13 iyul 2025 , 09:09
Qızmar istilər kim üçün təhlükəlidir?
13 iyul 2025 , 04:35
İyulun 12-dən bu BÜRCƏ yeni həyat vəd edildi
12 iyul 2025 , 18:37
Afrikanın dörd ən zəngin adamının sərvəti qitə əhalisinin yarısından çoxdur
12 iyul 2025 , 17:25
Bu 4 tarixdə doğulan insanlar həyatda uğur qazanırlar
12 iyul 2025 , 16:10