“Stalinin qaranlıq keçmişi” sertifikata layiq görülüb
08 oktyabr 2019 11:47 (UTC +04:00)

“Stalinin qaranlıq keçmişi” sertifikata layiq görülüb

Azərbaycanın “SSP Production” şirkətinin ekranlaşdırdığı “Stalinin qaranlıq keçmişi” filmi İranda “International Moving” Film Festivalında nümayiş olunub.

 

Bu barədə Lent.az-a filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib.

 

Onun sözlərinə görə, 12-ci dəfə keçirilən festivalda 120 ölkədən 3046 film nümayiş etdirilib. “Stalinin qaranlıq keçmişi” sənədli filmi festivalın yarımfinalçı sertifikatına layiq görülüb.

 

Sənədli filmin redaktoru Əkbər Qoşalıdır, mətni Xalq artisti Eldost Bayram oxuyub.

 

# 1147
avatar

Oxşar yazılar