Kənd müəllimləri Bakıda işləməyə can atmırlar - <span style="color:red;">MEDİATUR
03 oktyabr 2019 15:37 (UTC +04:00)

Kənd müəllimləri Bakıda işləməyə can atmırlar - MEDİATUR

Təhsil Nazirliyi Quba rayonuna mediatur təşkil edib.
 
Lent.az xəbər verir ki, mediaturun məqsədi yeni tədris ilində Quba rayonunda pedaqoji fəaliyyətə başlayan gənc müəllimlərlə görüşmək və onların dərs prosesini izləmək olub.
 
Mediaturda KİV nümayəndələri ilə yanaşı, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvlərindən olan təhsil eksperti Etibar Əliyev və Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov da iştirak ediblər.
 
Mediatur iştirakçıları əvvəlcə Quba rayonu, Əspərasti kənd Nurəddin Rzayev adına tam orta məktəbində olublar. 
 
Yeni tədris ilində Əsparəsti kənd Nurəddin Rzayev adına tam orta məktəbinə 4 gənc müəllim təyinat alıb. Onlardan Fərəcova Aysel ingilis dili ixtisası üzrə 41 bal toplayaraq Bakı şəhərindən, Məhərrəmova Aygün riyaziyyat ixtisası üzrə 43 bal toplayaraq Quba şəhərindən, Məmmədli Samirə  informatika fənni üzrə 40 bal toplayaraq Bakı şəhərindən, Cəfərov Orxan Vahid oğlu isə tarix ixtisası üzrə 53 bal toplayaraq Şabran rayonundan həmin məktəbə təyinat alıb.
 
Əsparəsti kənd Nurəddin Rzayev adına tam orta məktəbi 2016-cı ildə istifadəyə verilib. Məktəbin direktoru Füzuli Məlikov bildirib ki, 180 şagird yerlik məktəbdə 164 şagirdin təlim-tərbiyəsi ilə 23 müəllim məşğul olur. O, qeyd edib ki, hazırda məktəbdə kimya və bilogiya fənnlərini tədris edən müəllimə ehtiyac var.
 
Mediatur İbrahim Şahmərdanov adına Qəçrəş kənd məktəbində və bu il yeni istifadəyə verilən Alekseyevka kənd Rəhman Məmmədov adına tam orta məktəbləri ilə tanışlıqla davam edib.
 
Alekseyevka kənd tam orta məktəbi bu tədris ilində istifadəyə verilib. Rayon mərkəzindən 2 km məsafədə yerləşir. 2019-2020-ci dərs ilində məktəbə Cəfərova Günel  biologiya ixtisası üzrə 40 bal toplayaraq Bakı şəhərindən, Orucova Şövkət Əlövsət qızı fransız dili ixtisası üzrə 40 bal toplayaraq Gəncə şəhərindən dərs demək üçün gəliblər. 
 
Alekseyevka kənd məktəbi 960 şagird yerlikdir. Hazırda məktəbdə 955 şagird təhsil alır, 76 müəllim pedaqoji fəaliyyətlə məşğul olur. Növbəti dayanacaq Qəçrəş kənd İbrahim Şahmərdanov adına tam orta məktəbi oldu. Məktəb 2006-cı ildə tikilib. Rayon mərkəzindən 12 km məsafədə yerləşir. 2019-2020-ci tədris ilində bu məktəbə də yeni müəllimlər gəlib. Şərifova Fərəh Məhəmməd qızı ingilis dili ixtisası üzrə 43 bal toplayaraq Bakı şəhərindən, Ələsgərova Fidan Soltan qızı Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə 57 bal toplayaraq Siyəzən rayonundan, Abasova Aynur Akif  qızı təsviri incəsənət ixtisası üzrə 41 bal toplayaraq Quba rayonundan həmin məktəbə qəbul olunublar.
 
Müəllimlərlə aparılan söhbətdən məlum oldu ki, onlar səfalı təbiətə malik Qubanın kəndlərində işləməyi çox seviblər. Onlar paytaxt məktəbində işləmək üçün can atmadıqlarını bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1196

Oxşar yazılar