343
08:35
30 Sentyabr 2019

Türkiyənin Siirt bölgəsində 5 terrorçu zərərsizləşdirilib

Türkiyədə daxili təhlükəsizlik əməliyyatları çərçivəsində Siirt vilayətinin Pervari bölgəsində Jandarma Xüsusi Hərəkat qrupları hava da dəstək göstərilən əməliyyat zamanı 5 silahlı terrorçu zərərsizləşdirilib.

APA “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin verdiyi açıqlamaya əsasən, beləcə Jandarma Xüsusi Hərəkat qrupları tərəfindən təşkil edilən kəşfiyyat nəticəsində bölgədə zərərsizləşdirilən terrorçuların sayı 8-ə çatıb.

Bölgədə əməliyyatlar davam edir.