561
15:08
29 Sentyabr 2019

İntihar barədə düşünən şəxslə necə söhbət etməli?

İntihar hadisələri çox vaxt tənhalıq, insanın özünü cəmiyyətdən təcrid olunmuş hiss etməsinin nəticəsi olur. Odur ki, intihar barədə fikirlərin dağıdılmasında insanlar bir-birinə kömək edə bilərlər.

Lent.az BBC-yə istinadla xəbər verir ki, hər 40 saniyədə dünyada kimsə sui-qəsd edir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, hər il təxminən 800,000 insan intihar səbəbindən həyatını itirir və 15-29 yaşda olanların ölüm səbəbləri arasında yol qəzalarından sonra intihar ikinci yerdədir.

ÜST hesab edir ki, bu məsələ barədə kifayət qədər danışılmayıb.

İntihar hadisələri qurbanların uşaqları, valideynləri, həyat yoldaşları, dostları və ya həmkarlarını təsirləndirir.

Keçən il ABŞ-da dərc edilmiş bir araşdırmaya əsasən, hər bir intihar hadisəsi orta hesabla 135 nəfərədək insana təsir göstərə bilər.

Kentuki Universitetinin doktoru Julie Kerel isə aşkar edib ki, intihar edənlə qohumluq dərəcəsindən asılı olmayaraq, insan özünü intihar edənə nə qədər yaxın hiss edibsə, intihar hadisəsinin psixoloji təsiri ona o qədər də güclü olub.

Ancaq bu mövzuda danışmaq insanlar üçün bəzən çətin olur.

ÜST hesab edir ki, gənclərə həyatdakı çətinliklərlə mübarizədə kömək etmək vacibdir.

İntihar hissləri barədə danışmağın doğru və ya yanlış yolu olmur - ən vacibi bu söhbətə başlamaqdır, Rethink UK təşkilatının sözçüsü Emma Carrington deyib.

"İlk növbədə bu söhbətin çətin bir söhbət olduğunu anlamalıyıq. Bu cür söhbətlər hər gün edilmir. Odur ki, sizin həyəcan keçirəcəyiniz normal bir haldır!."

"Sizin söhbətiniz vəziyyəti pisləşdirə bilməz, çünki vəziyyət bundan daha pis ola bilməz. Ən vacibi olan mühakimə etmədən qarşı tərəfi dinləməkdir".

İntihar haqqında düşünənlə necə söhbət etməli:

- Sakit və rahat bir yer seçin.

- Hər ikinizin danışmaq üçün kifayət qədər vaxtınızın olmasından əmin olun.

- Səhv söz işlətmisinizsə, həyəcanlanmayın; özünüzü çox sərt ittiham etməyin.

- Bütün diqqətinizi həmsöhbətinizə yönəldin, göz-gözə baxın, telefonunuzu kənara qoyun.

- Səbirli olun. Qarşı tərəfin səmimi söhbətə hazır olması üçün vaxt və bir neçə cəhd tələb oluna bilər.

“Hə-yox”dan daha ətraflı cavab nəzərdə tutan aydın suallar verin.

Həmsöhbətinizin sözünü kəsməyin və ya həll təklif etməyin; başqasının keçirdiyi hisslər baqrədə fikir söyləməyin.

Qarşı tərəfin peşəkar yardım almaq üçün hara müraciət edəcəyini bildiyini yoxlayın.

Risk altına düşən kimdir?

Dünyada intihar hallarının statistikası xüsusiylə kişilər arasında daha yüksəskdir.

2016-cı ildə kişilər arasında intihar əmsalı hər 100000 nəfərə 13,5, qadınlar arasında isə hər 100000 nəfərə 7,7 təşkil edib.

Lakin hər bir ölkə daxilində kişi-qadın nisbəti nəzərəçarpan dərəcədə dəyişə bilər.

Dünyada kişilər arasında ən yüksək intihar əmsalı Rusiyadadır - 2016-cı ildə hər 100000 nəfərə 48 intihar halı olub, bu, qadınlar arasındakı göstəricidən altı dəfə çoxdur.

İntihar və psixi pozğunluqlar arasında əlaqə (xüsusilə, depressiya və alkoqol asılılığı) kifayət qədər yaxşı müəyyən edilib.

Lakin bir çox intihar halları böhranlı anlarda - insan həyatın gərginliyi, maddi problemlər, şəxsi münasibətlərin qırılması və ya xroniki ağrı və xəstəliklərə dözə bilməyəndə baş verir

Əhalinin həssas qrupları arasında daha yüksəkdir. Həmin qruplara qaçqın və miqrantlar, aborigen icmalar, LGBT-lər, məhbuslar kimi diskriminasiyaya məruz qalan həssas qruplar aiddir.

ÜST-ə görə, əlavə risklərə eləcə də münaqişə, fəlakət, zorakılıq, təhqir və ya itki və təcrid hissi aiddir.

Həmsöhbətinizin dedikləriylə hətta razı olmayanda belə, ona danışmaq imkanı vermək və onu dinləmək lazımdır ki, onun üçün nəyin stress yaratdığını bilmək mümkün olsun.

"Bəziləri hətta insanlar tərəfindən əhatə olunanda da özlərini tənha hiss edə bilər. İnsanlar iqtisadi cəhətdən çətinlik çəkə bilər. Bütün bunlar kiminsə üzərinə yığılıb toplana bilər", - Emma Karrinqton deyir.

Ətrafdakılardan dəstək olamayanadək, insan üçün bu yük çox ağır ola bilər.

Cəmiyyət nə edə bilər?

ÜST hesab edir ki, intiharların qarşısını almaq üçün hökumətlər çox şey edə bilər:

- Sükütu pozub mövzu haqqında danışmaq.

- Gənclərə həyatın çətinlikləriylə mübarizə üsullarını inkişaf etməkdə kömək göstərilməsi, xüsusiyə bu, məktəblərə aiddir.

- Qeyri-ixtisaslaşdırılmış tibb işçilərinə intihar davranışını tanıyıb dəyərləndirmək və nəzarət edilməsi üzrə təlim verilməsi.

- Risk altında olanları müəyyənləşdirərək onlara dəstək vermək, onlarla uzun müddət ərzində əlaqə saxlamaq.

- Öldürücü vasitələrə əlçatanlığın məhdudlaşdırılması.

Miflərin dağıdılması

Psixi sağlamlıq təşkilatları ortaq bir mif dediklərini dağıtmağa çalışırlar: insanlara intihar haqqında danışmaq səhv fikirləri ağıllarına qoyacaqdır.

Ancaq Avstraliyanın keçmiş baş naziri Julia Gillard-ın başçılıq etdiyi "Kədər xaricində" təşkilatının bildirdiyinə görə, intihar haqqında danışmaq intihar düşüncəsi olan insanlarda bəzi ümidləri bərpa edə bilər.

Həssas sosial qruplarda intihar riski daha yüksək olur.

QHT-nin tapşırığı ilə 3000 avstraliyalı ilə aparılan bir araşdırmaya görə, soruşulanların təxminən 30 faizi intihar haqqında danışaraq kiməsə səhv fikir verməkdən çəkindiyini bildirib.

Bundan əlavə, iştirakçıların yarıdan çoxu hesab edib ki, intihar düşüncəsi olan birinə kömək etmək peşəkar bacarıq tələb edir.

Mühakimə etməyin

"Riskdə olan birinə dəstək vermək üçün peşəkar səviyyəsində sağlamlıq mütəxəssisi olmağa ehtiyac yoxdur. Sadəcə, söhbət etməyə hazırlaşan bir insan olmalığınız kifayət edər", - Gillard deyib.

Carrington isə qeyd edir ki, peşəkar yardım yalnız dərman və müalicə üçün yararlı vasitə olduğu halda, intihar barədə açıq söhbətin aparılması sizin mühakimə etmək niyyətində olmadığınızı göstərə bilər.

Bu da, öz növbəsində, qarşı tərəfə qısa müddətə də olsa özünü təhlükəsiz hiss etməsinə kömək edə bilər.

"Onlar deyə bilər ki, yox, mən bu barədə heç düşünmürdüm də - və bu, söhbətin sonu demək olacaq. Lakin həqiqətən də depressiya keçirən əksəriyyət üçün bu fikir onların haradasa, beynin bir küncündə yaşayacaq".

"Bu gün" barədə danışın

"Kiminsə barəsində narahatsınızsa, davamlı olaraq ondan bu gün özünü necə hiss etməsiylə maraqlanın. "Bu gün" kəlməsindən istifadə etməniz söhbətinizi asanlaşdıra bilər, çünki həddən artıq duyğulanmış şəxs üçün "bu günlə" bağlı sual çətin bir sual kimi görünməz."

"Çox vaxt intihar mövzusunda kiminsə açıq danışması üçün dəfələrlə söhbət etmək lazım gəlir. Söhbət zamanı qarşı tərəflə elə bir etimad ünsiyyəti qurulmalıdır ki, həmin adam sizin mühakimə etmək niyyətinizin olmadığına inana bilsin".