
Erməni deputatla bağlı Rusiyanın TƏLƏBİ: mandatı alına bilər
Ermənistanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Ovannes İgityanın mandatı qurumun payız sessiyasından sonra əlindən alına bilər.
APA-nın Ermənistanda nəşt olunan "Joxovurd" qəzetinə istinadən verdiyi xəbərə görə, Ermənistan parlamentinin hakim “Mənim Addımım” fraksiyasında və AŞPA-dakı nümayəndə heyətində onun təcili şəkildə digər deputatla əvəzlənməsi məsələsi müzakirə olunur. Buna səbəb O. İgityanın Rusiyanın AŞPA-da səsvermə hüququnun geri qaytarılması ilə bağlı iyun ayının 24-ü keçirilən səsvermədə iştirak etməməsi olub.
“Erməni deputatın mandatı ilə bağlı söhbətlər onun Rusiyanın AŞPA-da səsvermə hüququnun qaytarılması ilə bağlı səsvermədə iştirak etməməsindən sonra başladı. Bundan sonra onun səsvermədə iştirak etməməklə bağlı ukraynalı deputatlarla razılıq əldə etməsi haqqında söhbətlər yayıldı. Həmin vaxt bu xəbərlərlə əlaqədar Rusiya tərəfi ilə yaranmış problemi həll etmək mümkün oldu. İndi isə Rusiya tərəfinin tələbi qətidir - İgityan getməlidir. Artıq hakim fraksiyada Ovannes İgityanın yerinə digər namizəd axtarılır”, - qəzet mənbəyə istinadən yazır.
Oxşar yazılar

Hava limanında DƏHŞƏT: mühərrik kişini doğradı
8 iyul 2025 , 18:03
Modeli evində qarət edib zorladılar
8 iyul 2025 , 17:35
Ər-arvad lotereyadan ikinci dəfə milyonlar uddu
8 iyul 2025 , 16:22
Ərdoğanı tənqid edən mafiya başçısı gecə klubunda öldü
8 iyul 2025 , 14:53
Makronu rüşvətdə ittiham edən deputatın asılmış meyiti tapıldı
8 iyul 2025 , 14:24
Polis bu qadının yerini deyənə 1 milyon verir
8 iyul 2025 , 11:28
İsrailin İrana zərbələri nəticəsində ölənlərin sayı 1060 nəfərə çatdı
8 iyul 2025 , 04:37
Qadın təyyarədə soyunub biznes-klassa keçmək istədi - VİDEO
7 iyul 2025 , 18:20