356
19:30
27 Sentyabr 2019

Hollandiyada bu yerlərdə siqaret tamamilə qadağan olundu

Hollandiyanın Dövlət Şurası restoran və kafelərdəki xüsusi qapalı yerlərdə siqaret çəkilməsinə icazə verilməsi ilə bağlı qərarı ləğv edib .

Lent.az xarici KİV-lə istinadən xəbər verir ki, buna səbəb restoran və kafelərdə işləyənlərin, siqaret çəkməyənlərin də həmin otaqlara istəməyərək də olsa girmələri və siqaret tüstüsünə məruz qalmaları, bunun Dünya Səhiyyə Təşkilatının razılaşmasına zidd olduğu göstərilib.

Qeyd edək ki, Hollandiyada 2008-ci il iyulun 1-dən siqaretə qadağa qoyulan restoran və kafelərdə qapalı siqaret otaqları üşün xüsusi icazə var idi.