Çoxfunksiyalı SPOT ROBOTU satışda - FOTO - VİDEO
Robototexnika sahəsində fəaliyyət göstərən "Boston Dynamics" şirkəti özünün məşhur Spot adlı robotunun kommersiya məqsədilə satışa çıxarıldığını açıqlayıb.
Lent.az "technote"a istinadla xəbər verir ki, şirkət sözügedən robotu ilk alıcılara göndərib.
"Xüsusi ötürücülərdən, proqram təminatından və digər əlavələrdən istifadə edərək Spot robotunu ayarlamaq mümkündü. İlk müştərilər artıq Spotu tikinti sahələrinin monitorinqində, qaz, neft və energetik qurğulardakı uzaqdan idarəetmənin reallaşdırılmasında və ictimai təhlükəsizlik sahəsində test edir. Spot irimiqyaslı istehsalata keçirilib və o artıq ilk müştərilərə çatdırılıb” - deyə şirkətdən bildirilib.
Robotun əsas özəlliklərindən biri də mühitdə tam sərbəst hərəkət etmək və ekstremal vəziyyətlərdə tarazlığı qorumaqdır. Hətta yıxılandan sonra da o, heç kimin köməyi olmadan 4 ayağı üzərinə qalxa bilir. Robot həm avtonom rejimdə həm də operatorun köməyi ilə hərəkət edə bilir. İkinci halda operator idarəetmə pultundan istifadə edir. Həmin pult isə öz növbəsində böyük sensorlu ekrandan və idarəetmə stiklərindn ibarətdir.
Bir sözlə, idarəetmə pultu gamerlərin istifadə etdikləri gamepadları xatırladır. Pultun ekranında robotun gövdəsinin bir çox yerində yerləşdirilmiş kameralardan görüntü əks olunur. Operator Spot-u həm idarəetmə stikləri vasitəsilə idarə edə, həm də sensorlu ekranda müəyyən yeri təyin etməklə robota hərəkət əmrini verə bilər.
Oxşar yazılar

Şöbəyə basqın edib miqrantı öldürdülər - Polislərin gücü çatmadı
12 iyul 2025 , 17:04
Dünyada yeni dövlət yaranır
12 iyul 2025 , 16:28
Milyonçuların məşhur yaxtası YANDI: icarəsi görün neçəyədir?
12 iyul 2025 , 10:31
1300-dən çox dövlət qulluqçusu və diplomat işini itirdi
12 iyul 2025 , 08:22
Ukraynada Rusiyanın tərəfində döyüşən 28 ölkədən olan muzdlu öldürülüb
11 iyul 2025 , 19:20
İtkin düşən kişinin meyiti 32 metrlik quyudan tapıldı
11 iyul 2025 , 17:39
17 saat sonra reys ləğv olundu - İki sərnişin beynəlxalq uçuşu necə iflic etdi?
11 iyul 2025 , 17:27
Tualetlərə kamera qoyub 13 mindən çox adamı izlədi
11 iyul 2025 , 14:18