
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycanın iki sərbəst güləşçisi Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında yarımfinal görüşünə çıxıb.
Lent.az-ın məlumatına görə, yığma üzvlərindən Cəbrayıl Həsənov və Şərif Şərifov növbəti qələbəsini qazanmaqla, finala yüksəliblər.
Milli komandanın kapitanı Cəbrayıl Həsənov yarımfinalda Taymuraz Salkazanovu (Slovakiya) sınağa çəkib. 79 kq-da mübarizə aparan pəhləvan rəqibini 4:3 hesabı ilə məğlub etməklə, ikinci dəfə dünya çempionatının finalına yüksəlib. O, həlledici görüşdə ötən il mundialda çempionluğu uduzduğu amerikalı Karl Deyklə münasibətinə aydınlıq gətirəcək.
Olimpiya, dünya və Avropa çempionu Şərif Şərifov isə yarımfinalda Kayl Snayderlə (ABŞ) güləşib. Tokio-2020-yə lisenziyanı təmin edən idmançı rəqibini 5:2 hesabı ilə məğlub etməklə 8 ildən sonra yenidən mundialın finalında iştirak hüququ qazanıb. O, qızıl medal üçün Olimpiya, üçqat dünya və üçqat Avropa çempionu Abdulrəşid Sadulayevlə (Rusiya) gücünü yoxlayacaq.
Aleksandr Qostiyev (86 kq) ardınca isə Əhmədnəbi Qvarzatilov (61 kq) da mundalda çıxışını bitirib. Buna səbəb onun da məğlub olduğu rəqibin finala yüksələ bilməməsi olub.
Medal döyüşləri sentyabrın 22-də keçiriləcək.
Qeyd edək ki, yunan-Roma və qadın güləşi üzrə Azərbaycan millisi dünya çempionatında çıxışını başa vurub. Yığmanın heyətində Mariya Stadnik (50 kq) qızıl, Rafiq Hüseynov (82 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Elis Manolova (65 kq) bürünc medal qazanıb. M. Stadnik çempion olmaqla yanaşı, Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziyanı da təmin edib.
Oxşar yazılar

Orkun Kökçünün "Beşiktaş"a transferi rəsmiləşdi
12 iyul 2025 , 00:05
PSJ “Liverpul”u qabaqladı: planetin ən yaxşı futbol komandaları reytinqində
11 iyul 2025 , 19:46
Heç vaxt belə şey olmayıb: O komandaya keçmək üçün sevgilisindən ayrıldı
11 iyul 2025 , 19:06
Modriç “Real”da onu əvəz edə biləcək oyunçunu AÇIQLADI
11 iyul 2025 , 18:24
Yamaldan futbol tarixinin ən böyük oyunçusu ilə bağlı QƏTİ QƏRAR
11 iyul 2025 , 15:31
Con Terri futbol izləməyi dayandırıb, darıxdırıcı olduğu üçün
11 iyul 2025 , 12:21
Haaland tətilini sevgilisi ilə İbizada keçirir: yaxtada gəzirlər
11 iyul 2025 , 09:39
"Fənərbaxça" italyanları rədd etdi
11 iyul 2025 , 01:27