
Ölkəyə külli miqdarda qaçaqmal gətirilməsinin qarşısı alınıb
Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Toyota Camry" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı şifahi sorğu-sual olunub.
DGK-dan Lent.az-a verilən məlumata görə, bu zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.
Daha sonra avtomobilə gömrük baxışı keçirilib. Nəticədə minik maşınının baqajının sağ və sol tərəflərində 29 ədəd üzərində "AirPods" yazılan qulaqlıq, 3 ədəd üzərində "Samsung Gear S3 frontier" və 4 ədəd üzərində "Samsung Galaxy Watch" yazılan saatlar aşkarlanıb.
Bundan başqa, Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal gömrük nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz MI 320" markalı avtomobilə gömrük baxışı keçirilib.
Bu zaman nəqliyyat vasitəsinin arxa sağ qanadının altında 2025 ədəd "Belomorkanal" markalı papiros və avtomobilin alt hissəsindəki hər iki ramanın içərisində 16 000 ədəd "Heets" markalı siqaret aşkarlanıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Oxşar yazılar

"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08
“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18
"Azərsun Holdinq" BDU-nun Jurnalistika fakültəsinin 6 tələbəsinə təqaüd ayırıb
9 iyul 2025 , 12:06