Tolik onları <span style="color:red;">BİABIR ETDİ:  "Ləçər sifətinizi..."
20 sentyabr 2019 17:35 (UTC +04:00)

Tolik onları BİABIR ETDİ: "Ləçər sifətinizi..."

Prodüser-aparıcı Tarix Əliyev (Tolik) xeyriyyəçilik etmək istəyən müğənnilərdən danışıb.

Lent.az-ın məlumatına görə, prodüser "Hər şey daxil" verilişində ifaçıları tənqid edib:

"İki gün əvvəl Ebru Gündeşin səhifəsinə baxdım. Bir səhifə açılmışdı, "Ebru gündeşin geyindikləri. Orada yazılmışdı ki, əldə edilən pul kimsəsiz uşaqlar dərnəyinə bağışlanacaq. Onlar bizimkilər kimi yalandan yox, gerçəkdən edirlər. Çıxıb deyirlər, paltarlarımı satıb kasıba verəcəm. Yalandan edirlər. Deyirlər, apardıq filan kasıba 100 manat verdik. Başınıza dəysin həmin pul. Xaricdəkilər dərnəyə keçirir pulu. Bizimkilər yalan deyir.

Bəziləriniz özünüzü mərhəmətli göstərmək istəyirsiz. Mərhəmətiniz ancaq kamera qarşısındadır. Kamera sönən kimi ləçər sifətinizi göstərirsiniz: "Niyə filan müğənniyə çox söz verdiniz, mənə az? Məni filan müğənni ilə çağırma".

 

# 2029
avatar

Yalçın UĞUR

Oxşar yazılar