Fuad Qəhrəmanlının qızı: <span style="color:red;">"Özüm yazmışam"  -<span style="color:red;"> VİDEO MÜRACİƏT
19 sentyabr 2019 18:57 (UTC +04:00)

Fuad Qəhrəmanlının qızı: "Özüm yazmışam" - VİDEO MÜRACİƏT

 
Fuad Qəhrəmanlının qızı Selcan Yağmur facebook üzərindən video paylaşıb.
 
APA-nın məlumatına görə, Selcan Yağmur video müraciətində atasından imtina etdiyini təsdiqləyib: “Facebookda yazdıqlarımdan sonra belə bir iddia olunub ki, guya mənim profilim oğurlanıb. Bununla bağlı bir çox jurnalistlər mənə yazaraq açıqlama verməyimi istədilər. Mən deyilə biləcək hər şeyi o yazıda demişəm. Məsələ ilə bağlı başqa bir şey demək istəmirəm. Bu çox ağır mövzudur. Mən o yazını 40 dəfə yazıb silmişəm. Mən günahkar deyiləm, səhv bir şey eləməmişəm. Mən birdə bu mövzu barədə danışa bilməyəcəyəm. Bir daha demək istəyirəm ki, profilim oğurlanmayıb. Mən Hollandiyadayam və mənə hakimiyyətdən təzyiq olmayıb. Yazıların hamısını özüm yazmışam. Hər kəsə belə çətin bir mövzuda dəstəyə görə təşəkkürümü bildirirəm”.
 
***
 
18:26
 
Bu gün AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızı Selcan Yağmur atasından imtina etməsi bağlı yazdığı statusu təsdiqləyib. 
 
Fuad Qəhrəmanlının qızı APA-ya açıqlamasında bildirib ki, profili oğurlanmayıb və məlum statusu özü yazıb: “Mən universitetdəyəm. Zənglər və açıqlamalar üçün vaxtım yoxdu. Yazıları özüm yazmışam. Profilim də oğurlanmayıb. Deyilənlərə inanmayın”.
 
Qeyd edək ki, Selcan Yağmur bu gün atasından imtina etməsi ilə bağlı status yazıb. Fuad Qəhrəmanlı isə qızının facebook profilinin oğurlandığını və yazılanların düzgün olmadığını bildirib. 
 
Fuad Qəhrəmanlının həyat yoldaşı Qəhrəmanlı Zümrüd İsrafil qızı (Zümrüd Yağmur) isə bu il avqustun 1-də nikahın pozulması və yetkinlik yaşına çatmayan övladının ananın yanında qalması ilə bağlı Abşeron rayon Məhkəməsində iddia qaldırıb boşanma ilə bağlı məhkəməyə müraciət edib.
 
Mülki iş hakim Elman Məmmədovun icraatına verilib.

 

 

# 1412
avatar

Oxşar yazılar