
Ətin üzərinə nişan qoyulmasına görə 5 manatadək rüsum tutulacaq
Azərbaycanda heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına cavab verməsini təsdiq edən ekspertiza aktının verilməsinə və ya ətin, heyvan və quş cəmdəklərinin və digər məhsulların üzərinə nişanın qoyulmasına görə 5 qəpikdən - 5 manatadək dövlət rüsumu tutulacaq.
APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Dövlət baytarlıq nəzarəti obyektlərinin baytarlıq (baytarlıq-sanitariya) ekspertizasının aparılması Qaydaları”nda müvafiq dəyişiklik edib.
Qeyd edək ki, 31 may 2018-ci il tarixdə “Dövlət rüsumu haqqında” qanuna anoloji məzmunda dəyişiklik edilib və qanunda heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına cavab verməsini təsdiq edən ekspertiza aktının verilməsinə və ya ətin, heyvan və quş cəmdəklərinin və digər məhsulların üzərinə nişanın qoyulmasına görə 5 qəpikdən - 5 manatadək dövlət rüsumu tutulacağı əksini tapıb. 17 may 2019-cu il tarixdə “Baytarlıq haqqında” qanuna da oxşar məzmunlu dəyişiklik edilib. Prezident İlham Əliyevin 14 iyun 2019-cu il tarixli sərəncamında Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb. Beləliklə, Nazirlər Kabinetinin son qərarı ilə “Dövlət baytarlıq nəzarəti obyektlərinin baytarlıq (baytarlıq-sanitariya) ekspertizasının aparılması Qaydaları”nda qanunvericiliyə uyğun dəyişiklik edilib.
Oxşar yazılar

II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
6 iyul 2025 , 09:11
Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40
Rusiyada həbsdəki qardaşıma zəruri dərman ötürülməsinə icazə verilib - Seyfəddin Hüseynli
5 iyul 2025 , 17:46
İyul ayında qartopu oynadılar: Görünməmiş bir şey yaşadılar -FOTOLENT
5 iyul 2025 , 15:06