
Böyrək daşları nədən yaranır? - Həkim danışdı
“Uroloji xəstəliklər içərisində ən çox rast gəlinən problem böyrək daşlarıdır”.
Bunu APA TV-nin “Öncə sağlıq” proqramında uroloq-androloq Seymur Mehtiyev deyib.
Azərbaycanın daşların yaranması baxımından endemik zona olduğunu xatırladan mütəxəssis, böyrək daşlarının yaranmasının bir çox səbəblərinin olduğunu vurğulayıb.
Onun sözlərinə görə, bu sırada ilk yerdə irsi faktor gəlir. İrsiyyətdə böyrək daşı olubsa, hər bir şəxs bu baxımdan risk qrupuna aiddir. Həmin şəxslərin mütəmadi olaraq müayinələrdən keçməsi lazımdır.
Həkim qeyd edib ki, bundan başqa, orqanizmdə baş verən mübadilə pozğunluqları qidalanma, içilən su böyrək daşlarının yaranmasında rol oynayır.
S. Mehtiyev onu da deyib ki, əksər hallarda böyrək daşları fəsad yaradanda həkimə müraciət olunur, fəsadlaşmış daşlar isə digər bir sıra problemlərə, hətta böyrəyin itirilməsinə səbəb olur.
Böyrək daşlarının əlamətləri barədə danışan uroloq adətən böyük daşlarının ağrı vermədiyini də qeyd edib. O, ”böyrəkdə daş olmamalıdır, çünki bu, infeksiya mənbəyidir”, deyə bildirib.
Mütəxəssis, həmçinin böyrək daşlarının növləri, daş yaranmasının qarşısını almaq üçün görülməli olan tədbirlər, gündəlik maye qəbulunun miqdarı, daşların müalicə, əməliyyat metodları, türkəçarənin rolu və s. sualları cavablandırıb.

Oxşar yazılar

Azərbaycanda universitet müəllimi koronavirusdan vəfat etdi
17 yanvar 2021 , 23:49
“Evlərimiz hər an, hər dəqiqə uça bilər” - "57 yaşlı" yataqxananın sakinləri-FOTO
17 yanvar 2021 , 16:47
Koronavirus statistikası: 845 sağalma, 322 yoluxma, 11 ölüm
17 yanvar 2021 , 16:06
Ünvanlı sosial yardım necə təyin edilir? - Nazirlikdən CAVAB-VİDEO
17 yanvar 2021 , 14:07
Həftənin ilk iş günü hava necə olacaq? - PROQNOZ
17 yanvar 2021 , 11:49
Dünyada bu gün-VİDEO
17 yanvar 2021 , 09:05
Şəhər və rayonlara giriş-çıxışa hansı şərtlərlə icazə veriləcək? - RƏSMİ AÇIQLAMA
16 yanvar 2021 , 19:20
Azərbaycanda son sutkada koronavirusa 402 yoluxma qeydə alındı
16 yanvar 2021 , 17:12