Noyabrın 6-da Heydər Əliyev Sarayında “Nyu -York Gecələri” adlı konsert proqramı keçiriləcək.
Lent.az xəbər verir ki, teatr, musiqi, mahnı və rəqslərin yer aldığı proqramda Nyu-York şəhərinin dünyaca məşhur musiqili şoularından Dream Girls, The Great Gatsby, Chicago, Burlesque, Moulin Rouge və başqalarından səhnəciklər canlı göstəriləcək.
Saat 19:00-da başlayacaq konsertin biletlərinin Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, www.iticket.az saytından onlayn və ASAN xidmət mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardan əldə edə bilərsiniz.