Zöhrə Abdullayeva oğlunu itirdikdən sonra<span style="color:red;"> İLK DƏFƏ EFİRDƏ  - <span style="color:red;">VİDEO
16 sentyabr 2019 17:04 (UTC +04:00)

Zöhrə Abdullayeva oğlunu itirdikdən sonra İLK DƏFƏ EFİRDƏ - VİDEO

Bir müddət öncə oğlunu itirən Əməkdar artist Zöhrə Abdullayeva uzun fasilədən sonra efirə çıxıb.

Lent.az-ın məlumatına görə, "Bizimləsən" verilişinə qatılan müğənni keçirdiyi ağır günlərdən danışıb:

"Qəm-qüssə mənim vəzir-vəkilimdir. Hərəsi bir tərəfimdə əyləşib. Sevinə, gülə bilmirəm. Qəhqəhəm, sevincim onla getdi. Dünya gözümdə bir qarışqadır. Nəfəs alıram, yaşamıram. Fələyin zərbəsi bizə qəfil dəydi. Səhnəni də, oğlumu da itirdim. İkisiylə də yaşayırdım. Hərdən elə bilirəm yaşayır, hardansa mənə baxır. Oğlum oxumağımı sevirdi. Çox zarafatçıl idi, heç kimin xətrinə dəyməzdi".

 

# 2393
avatar

Yalçın UĞUR

Oxşar yazılar