Dərs ilinin ilk günü - <span style="color:red;">REPORTAJ
16 sentyabr 2019 11:52 (UTC +04:00)

Dərs ilinin ilk günü - REPORTAJ

Bu gün Azərbaycanda yeni dərs ili başlayır.

 

Lent.az-ın əməkdaşı bununla bağlı olaraq paytaxtın Səbail rayonunda yerləşən Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbə yollanıb. Məktəb ilk dərs gününə ötən illərdə də olduğu kimi “Sahil bağı”nda keçirdiyi tədbirlə start verir.

 

***

 

“Sahil bağı” yavaş-yavaş birincilərlə, valideynlərlə, eləcə də müəllim heyəti ilə dolmağa başlayır. Birinciləri qarşılayan ibtidai sinif müəllimləri onları gülərüzlə qarşılayır, əllərindən tutaraq sıraya düzülməkdə kömək etməyə çalışırlar. Bəzi şagirdlər sakit və maraqla tədbirin başlamasını gözləsə də, bəziləri şəkil çəkdirir, bəziləri valideynlərini axtarır, bəziləri məktəblərin açılmasına ağlayaraq etiraz etməyə çalışırlar.

 

Daha sonra Azərbaycanın dövlət himni çalınır və şagirdlərlə birlikdə valideyn, müəllim heyəti də himni oxumağa başlayırlar. Dövlət himnindən sonra isə tədbir başlayır.

 

Məktəbin direktoru Könül Həsənova ilk olaraq yeni tədris ili münasibəti ilə şagird və müəllim heyətini təbrik edərək, onlara uğur arzulayır:

 

“Ümid edirəm ki, yeni dərs ili hamımız üçün uğurlu olacaq. Məlumat üçün bildirim ki, hazırda məktəbdə 1062 nəfər təhsil alır. Bu il məktəbimizdə birinci siniflərin sayı üçdür. Onlara 82 şagird qəbul olunub. Siniflərdən 2-si Azərbaycan, biri isə rus bölməsidir”.

 

Tədris ilinin ilk gününə dəvət olunanlar arasında yüksək balla universitetə qəbul olmuş məzunlar da var. Onlar yeni dərs ili ilə bağlı şagirdləri təbrik edir, daha sonra isə öz tövsiyələrini verirlər.

 

Sonda məktəblilərin iştirakı ilə şeirlər, mahnılar və rəqslərdən ibarət konsert proqramı nümayiş etdirilir və nəhayət, birincilər üçün ilk zəng çalınır, onlar məktəbdəki sinif otaqlarına daxil olmaq üçün sıraya düzülürlər.

 

***

 

Qeyd edək ki, yeni tədris ilində yeni tədris ilində ümumtəhsil müəssisələrində 1 525 016 şagird təhsil alacaq. Şagirdlərdən 714 259-u qız, 810 757-si isə oğlandır.

 

Həmçinin bu il I sinifdə 164 234, IX sinifdə 122 043, XI sinifdə isə 82 782 şagird təhsil alacaq.

 

Bundan başqa Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində bu il ümumilikdə, 414 844 şagird təhsil alacaq. Onlardan 45 800 nəfər I sinifdə, 32 315 IX sinifdə, 22 795 X sinifdə, 18 896 XI sinifdə, 198 şagird isə XII sinifdə oxuyacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1742

Oxşar yazılar