306
19:58
13 Sentyabr 2019

Hindistanda 200-dən çox insan təbii fəlakətin qurbanı olub

Hindistanın Madha Pradeş əyalətində şiddətli musson yağışlarının yağması nəticəsində baş verən fəlakətlər nəticəsində 200-dən çox insan həyatını itirib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, yağışlar nəticəsində Hindistanda minlərlə evə zərər dəyib.

Musson yağışları nəticəsində 631 baş heyvan tələf olub, 600-800 min hektar kənd təsərrüfatı ərazisi yararsız hala düşüb.

Yağışlar nəticəsində 9 816 ev qismən zərər gördüyü halda, 231 ev tamamilə dağılıb. Evsiz qalan 8 500-dən çox insan müvəqqəti çadırlarda yerləşdirilib.