
İcma sədri yüksək bal toplayan gənclərlə görüşüb
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev Dağlıq Qarabağdan olan və bu il ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan gənclərlə görüşüb.
APA-nın xəbərinə görə, görüşdə çıxış edən İcma sədri Tural Gəncəliyev gəncləri təbrik edib.
O, icmanın fəaliyyəti, gördüyü işlər barədə gəncləri məlumatlandırıb. T. Gəncəliyev gəncləri müasir dövrdə informasiya müharibəsində istifadə olunan vasitələrdən, sosial media şəbəkələrindən aktiv istifadə etməyə çağırıb.
İcmanın sosial media fəaliyyəti barədə danışan T.Gəncəliyev Dağlıq Qarabağla bağlı videoçarxlar paylaşıldıqdan sonra qurumun sosial media hesablarının hücumlara məruz qaldığını və bu hücumların əsasən ermənilər tərəfindən edildiyini deyib. Tural Gəncəliyev gəncləri Azərbaycan həqiqətlərini dünyaya yaymağa çağırıb. "Biz özümüz deyib özümüz eşitmək mərhələsindən çıxmalı, səsimizi beynəlxalq aləmə çatdırmalıyıq. Biz mədəni irsimizi qorumaq üçün birgə fəaliyyət göstərməliyik ", - deyə vurğulayıb.
Oxşar yazılar

Azərbaycanın informasiya təhlükəsizliyinə təhdidlərlə bağlı RƏSMİ AÇIQLAMA
4 iyul 2025 , 10:08
Yağış, GÜCLÜ külək - GÜNÜN HAVASI
4 iyul 2025 , 09:54
Üç BÜRC maqnit kimi pulu cəlb edir: iyul ayında kim qazanacaq?
4 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
4 iyul 2025 , 08:34
İyul sınaqlar gətirəcək: Risk altında olan BÜRCLƏR
4 iyul 2025 , 00:02Sabah hava meteohəssas insanlar üçün necə olacaq? - PROQNOZ
3 iyul 2025 , 19:49Qeyri-sabit hava bu tarixədək davam edəcək
3 iyul 2025 , 19:17
Qışda yemək üçün giləmeyvə necə dondurulmalıdır?
3 iyul 2025 , 18:44