Məşhur repçini polis <span style="color:red;">ÖLDÜRDÜ
10 sentyabr 2019 19:28 (UTC +04:00)

Məşhur repçini polis ÖLDÜRDÜ

Amerikalı rep ifaçısı Brian J. Quinones polis tərəfindən dur əmrinə əməl etmədiyi üçün öldürülüb.
 
Lent.az xarici mediaya istinadən xəbər verir ki, Amerikanın Minnepolis şəhərində cümə günü yolu qırmızı işıqda keçən rep sənətçisi, polisin dur əmrinə əməl etməyib və avtomobilini kənara çəkməyib. Polisdən qaçmağa çalışan sənətçi bu anları sosial media hesabından canlı olaraq yayımlayıb.
 
Daha sonra polisin avtomobilinə yaxınlaşdığını görən repçi Brian maşınından əlində bıçaqla düşərək, polisə hücum edib. Əlindəki bıçağı buraxmaq istəməyən Brianı isə sonda polis 5 güllə vuraraq öldürüb.
 
Hazırda hadisə ilə bağlı araşdırma gedir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1051

Oxşar yazılar