316
22:38
09 Sentyabr 2019

Prezident İlham Əliyev Giorgi Qaxariyanı Gürcüstanın baş naziri seçilməsi münasibətilə təbrik edib

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Giorgi Qaxariyanı Gürcüstanın baş naziri vəzifəsinə seçilməsi münasibətilə təbrik edib.

APA -nın məlumatına görə, dövlət başçısı bildirib ki, Azərbaycan ilə Gürcüstanı tarixən təşəkkül tapmış dostluq və mehriban qonşuluq əlaqələri birləşdirir.

"İnanıram ki, bu xoş ənənələrə əsaslanan dövlətlərarası münasibətlərimiz və strateji tərəfdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək.

Sizə ən xoş arzularımı yetirir, dost Gürcüstan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm", - deyə Azərbaycan Prezidentinin təbrik məktubunda qeyd olunur.