407
14:25
06 Sentyabr 2019

Aşura günü qanvermə aksiyaları bu məkanlarda keçiriləcək - SİYAHI

Bu il Aşura günündə Azərbaycanda qan veriləcək məkanlar açıqlanıb.
Bu barədə Lent.az -a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu il qanvermə aksiyası ölkədə 25 şəhər–rayon üzrə 33 yerdə keçiriləcək.
Bakı şəhərində 8 rayon üzrə 15 yer ayrılıb:
- Binəqədi rayonu “İmam Əli məscidi”,
- Xəzər rayonu 14 saylı Birləşmiş Şəhər xəstəxanası və “MirMövsüm ağa Ziyarətgahı”,
- Nəsimi rayonu “Əjdər bəy məscidi” (mərasim zalı) və 20 saylı şəhər poliklinikası,
- Nizami rayonu “Şah Abbas məscidi”, “Sahibəzzaman” məscidi,
- Sabunçu rayonu “Rəhimə xanım ziyarətgahı məscidi, “İmam Rza” məscidi
- Səbail rayonu “Bibiheybət məscid ziyarətgahı” və “İçəri şəhər Cümə məscidi”,
- Suraxanı rayonu “Qaracuxur məscidi”,
- Yasamal rayonu “Təzə pir məscidi”, “Hacı Soltanəli”, “Hacı Cavad” məscidi.
Regionlardakı ünvanlar:
- Gəncə şəhəri “İmamzadə kompleksi”,
- Lənkəran şəhəri Böyük bazar “Cümə” məscidi,
- Mingəçevir şəhəri “Heydər məscidi”,
- Sumqayıt şəhər “Cümə” məscidi,
- Şəki şəhəri “İmam Əli” məscidi,
- Mərkəzi Qan bankının Şırvan bölməsi,
- Ağcabədi Rayon Mərkəzi xəstəxanası,
- Beyləqan Rayon Mərkəzi xəstəxanası,
- Bərdə rayonu “Bərdə İmamzadəsi”,
- Biləsuvar rayonu “Cümə məscidi” (mərasim evi),
- Cəlilabad Rayon Mərkəzi xəstəxanası,
- Göyçayda “Əbülfəzlil Abbas” məscidi,
- Xaçmaz şəhər məscidi,
- Salyan Hacı Tağı məscidi
- Ağsu rayon mərkəzi xəstəxanası,
- Qan bankının Quba bölgəsi,
- Masallı şəhər Cümə məscidi.
Qeyd edək ki, aksiyalar saat 09:00-dan başlayacaq. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.
Həmçinin Məhərrəm ayı sentyabrın 1-də başlayıb, Aşura günü isə sentyabrın 10-na təsadüf edəcək.