Aparıcımız ABŞ-a Azərbaycandan pişik apardı - <span style="color:red;">FOTO
05 sentyabr 2019 16:23 (UTC +04:00)

Aparıcımız ABŞ-a Azərbaycandan pişik apardı - FOTO

Amerikada yaşayan azərbaycanlı aparıcı Səxavət Nur "Hər şey daxil" verilişinin qonağı olub.

Lent.az-ın məlumatına görə, aparıcı bildirib ki, Bakıdan Amerikaya pişik aparıb:"Keçən il Bakıda evə qalxanda gördüm ki, həyətdə balaca pişik var. Bir nəfər oğlan uşağı da oturub pişiyə yemək yedizdirirdi. Pişik mənə tərəf gəldi, götürdüm qucağıma. Oğlan dedi: "Evə apardım. Gecə saat 23 idi. Anam dedi ki, saxlamaz olmaz". Yazıq oğlan bilmirdi nə etsin. Bilmirdi evə getsin, pişiyi saxlasın. Nə isə, yazığım gəldi. Götürdüm onu, Bakıda qaldığım müddətdə baxdım. Elə oldu ki, məcburən gələndə də özümlə bura gətirdim. Bu gün də mənim yanımdadır. Hazırda Vaşinqtonda mənimlə yaşayır. Buranın pasportunu da alıb".

Qeyd edək ki, S.Nur 5 ildir Amerikada yaşayır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2230

Oxşar yazılar