Çiyələk limonadı - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi
Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
Bu dəfə sizi sosial şəbəkədə “lavanda618” adı ilə məşhur olan səhifəyə istinadla çiyələk limonadının resepti ilə tanış edəcəyik.
Tərkibi:
600 qr çiyələk, (təmizlənmiş) 500-600 ml su (qaynadılıb soyudulmuş) 160-100 qr şəkər tozu, 1 limonun suyu (2 xq)
Hazırlanmaq qaydası:
Çiyələkləri təmizləyib, yuyuruq. Sonra blenderə töküb üzərinə qaynanmış suyu əlavə edirik. Meyvəni blenderlə yaxşıca əzdikdən sonra süzgəcdən keçiririk. Daha sonra üzərinə limonu sıxırıq və şəkər tozunu əlavə edirik. Limonad hazır olduqdan sonra servs edirik.