238
11:41
04 Sentyabr 2019

Azərbaycan və Ermənistan sərhədində növbəti monitorinq insidentsiz başa çatıb - YENİLƏNİB

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, sentyabrın 4-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində keçirilən monitorinq insidentsiz başa çatıb.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən bildirilib.

***

10:12

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq sentyabrın 4-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində növbəti monitorinqi keçirilir.

APA-nın xəbərinə görə, Ermənistanla sərhəddə yoxlama keçirəcək nümayəndə heyəti Tovuz rayon İcra Hakimiyyətində olub, Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovla mövcud vəziyyətlə bağlı müzakirələr aparıblar.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Gennadi Petrika və Saymon Tiller, Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Oqnyen Yoviç, Mixail Olaru və Martin Şuster keçirir.