Həftənin ilk iş günü hava necə olacaq? - PROQNOZ
01 sentyabr 2019 12:49 (UTC +04:00)

Həftənin ilk iş günü hava necə olacaq? - PROQNOZ

Sentyabrın 2-də Dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. 
Lent.az -a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə,  sentyabrın 2-də şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  gecə 16-20° isti, gündüz  23-26° isti, Bakıda gecə 16-18° isti, gündüz  24-26°  isti  təşkil edəcək.
 
Atmosfer  təzyiqi normadan aşağı 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80%, gündüz  55-65%  olacaq.   
 
Abşeron çimərliklərində gözlənilən hava şəraiti isə belə olacaq: 
Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu:  Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 23-24° isti təşkil edəcək.  
 
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək  çaxacağı, arabir yağış yağacağı gözlənilir.  Ayrı-ayrı şimal və şərq rayonlarında leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə  14-19° isti, gündüz  22-27° isti, dağlarda gecə 8-13° isti,  gündüz  15-20°  isti təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 945

Oxşar yazılar