
Azərbaycanda Avro-5 yanacağının istehsalına başlanacaq vaxt AÇIQLANDI
SOCAR-ın Heydər Əliyev adına Bakı Neft Emalı Zavodundu (BNEZ) Avro-5 standartlarına uyğun dizel yanacağının istehsalına 2021-ci ildə başlayacaq.
"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında BNEZ-in modernizasiya və yenidən qurulması layihəsinin direktoru Nihal Allahverdiyev bildirib.
Onun sözlərinə görə, Avro-5 standartlarına uyğun dizel yanacağının istehsalı zavodda aparılan modernizasiya və yenidənqurma işlərinin nəticəsində mümkün olacaq.
Avro-5 standartlarına uyğun benzinin istehsalına zavodda dizel yanacağının istehsalına başlayandan sonra bir qədər sonra start veriləcək, deyə N. Allahverdiyev qeyd edib.
Xatırladaq ki, daha öncə SOCAR Avro-5 standartlarına uyğun dizel yanacağının istehsalına 2020-ci ildə, benzinin istehsalına isə 2021-ci ildə başlamağı planlaşdırdı.
Qeyd edək ki, yenidənqurma və modernizasiya işlərinin aparılmasından sonra BNEZ-in gücü 6 mln. tondan 7,5 mln. tona çatdırılacaq. Layihənin reallaşdırılması 2025-ci ilədək bitəcək. Hazırda zavodda 6 işlək qurğu var, 2025-ci ildə isə qurğuların sayını 24-ə çatdırılacaq.
Oxşar yazılar

“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18
"Azərsun Holdinq" BDU-nun Jurnalistika fakültəsinin 6 tələbəsinə təqaüd ayırıb
9 iyul 2025 , 12:06
Unibankın İdarə Heyəti yenidən formalaşdırılıb
8 iyul 2025 , 15:09
Qaz və elektrik enerjisi ilə bağlı yeni qiymətlər
8 iyul 2025 , 11:45
“Azərlotereya Şans Karvanı” ölkə boyu yola çıxır
8 iyul 2025 , 11:13
"Azercell" telekommunikasiya və texnologiya şirkətlərinin qlobal alyansına qoşuldu
8 iyul 2025 , 10:17