İsmayıllıda həyətyanı sahədə keçirilən kiçik toy məclisində qidadan zəhərlənmə ehtimalı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssislərindən ibarət işçi qrupu hadisə yerinə ezam olunub.
Bu barədə Lent.az-a AQTA-nın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, hadisənin hansı səbəbdən baş verməsinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalara başlanılıb. Aparılan araşdırmaların nəticələri ilə bağlı geniş məlumat veriləcək.
Qeyd edək ki, İsmayıllıda baş verən zəhərlənmə ilə bağlı xəstəxanaya ümumilikdə 33 nəfər müraciət edib. Səhər saat 9:30 üçün xəstəxanada ikisi uşaq olmaqla 4 nəfər qalıb. Onların yaxın zamanda evə buraxılacaqları gözlənilir.