
TÜRKPA-nın Baş katibi Mehriban Əliyevanı təbrik edib
Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Altınbek Mamayusupov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESKO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.
APA-nın xəbərinə görə, təbrikdə deyilir:
“Hörmətli Mehriban xanım.
İcazə verin, Türkdilli Ölkələrin Parlament Assambleyasının Katibliyi adından və şəxsən öz adımdan Sizi ad gününüz münasibətilə səmimi qəlbdən təbrik edim.
Arzu edirik ki, həmişə bu cür parlaq və güclü şəxsiyyət olasınız, var olasınız və bu dünyaya xeyirxahlıq və sevgi gətirməyə davam edəsiniz.
Bu xoş fürsətdən istifadə edərək, əsas məramı xeyirxah dünyada, tam mehriban şəraitdə, ölkələrimiz və xalqlarımız arasında qurub-yaratmaq üzrə əməkdaşlığın olduğu dünyada yaşamaq olan və bu cür də qalan TÜRKPA-nın fəaliyyətini dəstəklədiyinizə görə Sizə ən səmimi minnətdarlığımızı bildirmək istəyirik.
Qoy hər gün Sizə sülh, harmoniya, güc, ümid və sevinc gətirsin”.
Oxşar yazılar

Ermənistan ordusunun azərbaycanlılara işgəncə verməsini əks etdirən kadrlar nümayiş etdirildi
14 iyul 2025 , 21:11
Tramp Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
14 iyul 2025 , 19:39
Dünyanın ən yaşlı prezidenti ikinci müddətə namizəd olacaq: onun neçə yaşı var?
14 iyul 2025 , 19:15
Kamran Əliyevdən Masallı rayon prokuroru ilə bağlı ƏMR
14 iyul 2025 , 18:07
MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29