
Şəhid pilot doğulduğu rayonda anıldı - FOTO
Şəhid pilot doğulduğu rayonda anılıb.
APA-nın yerli bürosunun verdiyi xəbərə görə, bu gün təyyarə qəzasında həlak olan Rəşad Atakişiyevin doğulduğu Samux rayonu, Alabaşlı kəndində 7 mərasimi keçirilib. Mərasimində Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, idarə və təşkilatların rəhbərləri, hərbçilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Pilotun atası Saləddin Atakişiyev oğlunun ölümünə inanmadıqlarını bildirib: “Bu gün Rəşadın dəfnindən 7 gün keçir. Lakin ailəsi hələ də onun ölümünə inanmır. Rəşad qəhrəmancasına şəhid olub. Bu ağır günlərdə Azərbaycan xalqı bizim yanımızda oldu. Acı günlərimizdə bizi tək buraxmadığı üçün xalqımıza dərin təşəkkürümüzü bildiririk”.
Qeyd edək ki, iyulun 24-də saat 22 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nın MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Avqustun 20-də MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi tapılaraq dənizdən çıxarılıb.
R.Atakişiyev II Fəxri Xiyabanda dəfn edilib.
Oxşar yazılar

Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
18 iyul 2025 , 20:32
“Naxçıvan” hoteli sökülür
18 iyul 2025 , 19:31
Sabah Bakıda gözlənilən hava ilə bağlı XƏBƏRDARLIQ
18 iyul 2025 , 19:20
Bu BÜRCLƏR çoxdan gözlənilən mükafatı alacaqlar
18 iyul 2025 , 18:44
Sabahdan "Sea Breez"ə avtobus xətti açılır - Gedişhaqqı nə qədərdir?
18 iyul 2025 , 17:39
Fərid Şahbazlı: “150 illik milli mətbuat yolu Vətənə xidmətin şərəfli tarixidir”
18 iyul 2025 , 17:30Dəhşətli istilər bu tarixədək davam edəcək
18 iyul 2025 , 16:54
Bakıda bu yol iki gün BAĞLI OLACAQ
18 iyul 2025 , 15:48