346
14:12
26 Avqust 2019

İsti və bürkülü hava niyə risklidir?

İsti və bürkülü havalar ürək və damar xəstəliyi olan insanlarda şikayətləri artırır.

Havanın temperaturunun 1 dərəcə belə yüksəlməsi hipertoniya xəstələrində ürək vurğularının sayının dəqiqədə 10 vurğu, nəfəsalmanın isə dəqiqədə 4-5 ədəd artmasına səbəb olur və nəticədə təzyiq yüksəlir.

e-tibb.az-ın xəbərinə görə, bunu uşaq kardioloqu Elnur İmanov bildirib.

Kardioloqun sözlərinə görə, bəzi tədqiqatlar göstərir ki, qızmar yay günlərində, xüsusilə ürək xəstəlikləri ilə əlaqədar ölüm halları daha çox qeydə alınır.

İsti və bürkülü hava niyə risklidir?

Həkim vurğulayıb ki, isti havalar bədəndən maye, duz və elektrolit itkisinə səbəb olur: “Eyni zamanda qan qatılaşır və laxtalanmaya meylliliyi artır. Bu necə baş verir? Dəri orqanizmin temperaturunun tənzimlənməsində, yəni termorequlyasiyada mühüm rol oynayır. Dərinin damarları soyuqda büzüşür, istidə isə genişlənir. Beləliklə, temperatur itkisini azaldır və ya artırır. Bu isə öz növbəsində ürəyin iş yükünü artırır, ürəyin daha çox və daha sürətli işləməsini tələb edir”.

e-tibb.az