"Kimin dost, kimin düşmən olduğunu gördüm" - Ayan
25 avqust 2019 10:41 (UTC +04:00)

"Kimin dost, kimin düşmən olduğunu gördüm" - Ayan

Azərbaycanlı müğənni Ayan Babakişiyevanın qrdaşı Samir ağır qəza keçirib. Lent.az xəbər verir ki, o, sosial şəbəkədə bu barədə yazıb:
 
"Dua edən hər kəsə, göydə Allah, yerdə sizlərə, sağ olun deyirem. Hər gün qardaşım Samir üçün mənə 100-lərlə mesajlar, zənglər gəlir. Allah hər kəsdən razı olsun. Kimin dost, kimin düşmən olduğunu gördüm. Narahat olub, soruşan tanıdığım, tanımadıqlarım sağ olsunlar. Qardaşımın o avtomobildən çıxması bir möcüzə oldu. Xəstəxanaya da təşəkkür edirəm, mənə Samirimi bir daha görmə şansını verdilər. Hələ ki, vəziyyəti ortadı. Müalicələr davam edir. Çünki nəfəsalma problemi var. Sizin dualarınız sayəsində yaxşı olacaq".
# 1938
avatar

Oxşar yazılar