
Məlumatların mühafizəsi üçün yeni konsorsium yaradılacaq
“Google”, “Intel” və “Microsoft” şirkətləri istifadəçi məlumatlarının mühafizəsi üzrə “Confidential Computing Consortium” adlı yeni konsorsium yaradacaqlar.
Lent.az “ictnews”a istinadən xəbər verir ki, konsorsiuma, həmçinin “Alibaba Cloud”, “Arm, Baidu”, “IBM”, “Red Hat”, “Swisscom” və “Tencent” şirkətləri daxil olacaq.
Təşkilatın məqsədi məxfi hesablamaların, açıq çıxış kodu və məlumatların mühafizəsi ilə işin ümumi standartlarının inkişaf etdirilməsidir.
Konsorsiumun planlarına 3 layihənin başa çatdırılması daxildir: “Intel” tərtibatçılar üçün kod və informasiyanı aparat səviyyəsində aşkarlanma və modifikasiyadan qorumağa kömək edən alətlər üzərində çalışır. “Microsoft” əlavələrin kriptoqrafik əməliyyatların təhlükəsiz yerinə yetirilməsi mühitində işə salınması üçün kod yazmağa imkan verəcək platforma üzərində iş aparır. “Red Hat Enarx” serverdən asılı olmayan əlavələrin yaradılması üçün platforma ilə məşğul olur.
Oxşar yazılar
Mülki təyyarə Trampın qolf klubuna yaxınlaşdı – F-16-lar havaya qalxdı
6 iyul 2025 , 07:22
Maskdan gözlənilməz addım - Siyasi partiya qurdu
6 iyul 2025 , 00:38
Cümhuriyyət Xalq Partiyasının 3 bələdiyyə sədri saxlanıldı
5 iyul 2025 , 11:23
"Çelsi" klublararası dünya çempionatının YARIMFİNALINDA
5 iyul 2025 , 07:15
Yaponiyada 5,3 ballıq zəlzələ oldu
5 iyul 2025 , 05:48
Trampdan qəribə iddia: Biz dünya müharibələrində qalib gəldik
4 iyul 2025 , 07:34
Hava məkanı açıldı, hava limanlarının fəaliyyəti bərpa olundu
4 iyul 2025 , 01:11
Rusiyanın yüksək vəzifəli hərbçisi və Şıxəliyev Ukrayna ilə müharibədə öldü
3 iyul 2025 , 13:42