176
11:56
23 Avqust 2019

Qeydiyyatdan keçməyən abituriyentlərin NƏZƏRİNƏ

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlər qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatdan keçməlidirlər.

Dövlət İmtahan Mərkəzindən (DİM) Lent.az -a verilən məlumata görə, umumi(9 illik)orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatıbu günbaşa çatır.

Birinci mərhələdən sonra ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatıavqustun 27-dəkdavam edəcək.

Ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olunanlar isəavqustun 23-dən sentyabrın 2-dəksənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Tam(11 illik)orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar isəavqustun 29-dəkqeydiyyatdan keçməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək.