Yüz faiz qazlaşdırılan kəndlərin siyahısı açıqlanıb
22 avqust 2019 10:51 (UTC +04:00)

Yüz faiz qazlaşdırılan kəndlərin siyahısı açıqlanıb

“Azəriqaz” İstehsalat Birliyinin həyata keçirdiyi genişmiqyaslı layihələr çərçivəsində 15 şəhər və rayonda (Gəncə, Mingəçevir, Naftalan, Sumqayıt və Şirvan şəhərləri, Abşeron, Ağdam, Ağstafa, Balakən, Beyləqan, Biləsuvar, Füzuli, Hacıqabul, Qazax və Ağsu rayonları) qazlaşma səviyyəsi 100 faizə çatıb.

İB-dən Lent.az-a verilən məlumata görə, Yevlax, Bərdə, Kürdəmir, Tərtər, Ucar, Goranboy və Zərdab rayonlarında yaşayış məntəqələrinin sayına görə qazlaşma səviyyəsi 90 faizi ötüb.

Bundan başqa işğaldan azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi təbii qazla tam təmin olunub. Hazırda Bakıda 22 yaşayış məntəqəsinin qazlaşdırlması tədbirləri davam etdirilir. Bölgələrdə isə bu il üçün 33 şəhər və rayonda 13 qəsəbə və 23 kəndin, eləcə də 26 yeni yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulub. Onlardan 21 məntəqədə açılış baş tutub, 34 yerdə isə işlər tam başa çatdırılıb, istismara hazırdır.

Hazırda ölkədə qazlaşdırma səviyyəsi ümumilikdə 96 faizə yaxınlaşır.

# 608
avatar

Aygün İbrahimli

Oxşar yazılar