
Ağac kəsdiyinə görə cəzalandı
Tovuz rayonunda ağac kəsilməsi ilə bağlı daxil olan şikayəti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumunun əməkdaşları araşdırıb.
Lent.az-a nazirlikdən verilən məlumata görə, araşdırma zamanı Tovuz şəhəri, İstiqlal küçəsi 3 ünvanında 1 ədəd söyüd ağacının şəhər ərazisində aparılan abadlaşdırma və təmizlik işləri zamanı Tovuz şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçisi Fazil Həsənovun icazəsiz kəsdiyi məlum olub.
Faktla bağlı F.Həsənov barəsində protokol tərtib edilib və o 2360 manat cərimə edilib. Eyni zamanda, kəsilən ağacın yerinə yeni ağacların əkilməsi üçün Tovuz şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinə icrası məcburi olan “məcburi göstəriş” verilib. Ağacların əkilməsinə və onlara qulluq göstərilməsinə nəzarət olunacaq.
Oxşar yazılar
Bakıda gölün ətrafında yanğın baş verdi - VİDEO
16 iyul 2025 , 03:41
Yeni sadə müalicə yüksək qan təzyiqini azalda bilər
16 iyul 2025 , 02:27
Cəlilabadda dağlıq ərazi yanıb, bir nəfər tüstüdən boğulub - VİDEO -YENİLƏNİB
15 iyul 2025 , 21:02
Şirvanda kişi yaşadığı evin həyətində ölü tapıldı
15 iyul 2025 , 19:33
Erməni konyaklarının 85 faizi saxta çıxdı - BÖYÜK ARAŞDIRMA
15 iyul 2025 , 18:11
“Roşka” ləqəbli tiktokerin məhkəməsi başladı
15 iyul 2025 , 18:07
Bəy-gəlindən başqa hamı o tortdan zəhərləndi
15 iyul 2025 , 17:57
Ruben Vardanyanın məhkəməsində zərərçəkənlərin ifadələri dinlənilib
15 iyul 2025 , 17:44