
Smartfonların beynin aktivliyinə təsiri araşdırıldı - ŞOK NƏTİCƏ
ABŞ-ın Ratqers Universitetinin alimlərinin qənaətinə görə, fasilədə istirahət etmək üçün mobil telefondan istifadə beyni daha güclü yora və onun sonrakı məhsuldarlığını pisləşdirə bilər.
Lent.az “ictnews”a istinadla xəbər verir ki, alimlər bu məsələni araşdırmaq üçün kolleclərdən birində 414 tələbəyə 20 bilməcə həll etməyi təklif ediblər. Bildirək ki, sınaq iştirakçıları üçün yalnız bir fasilə nəzərdə tutulmuşdu. Onlar istirahət vaxtını telefon, dəftər və kompüter arxasında keçirə, yaxud ümumiyyətlə fasiləsiz işləyə bilərdilər.
"İstirahət vaxtını mobil telefon arxasında keçirən sınaq iştirakçıları digər iştirakçılarla müqayisədə tapşırığın yerdə qalan hissəsini həll etmək üçün 19% daha çox vaxt sərf ediblər və 22% daha az bilməcə həll ediblər" – araşdırmada deyilir.
Telefondan istifadə edən iştirakçılar tapşırığın sonuna yaxın çox yorulublar və bilməcələrin həlli üzrə pis nəticə göstəriblər. Məlum olub ki, onların məhsuldarlıq səviyyəsi ümumiyyətlə istirahət etməyən tələbələrdən az fərqlənib.
Oxşar yazılar

Ankarada yanğın: 1-i uşaq olmaqla 3 nəfər öldü, 20 nəfər zəhərləndi -FOTOLENT
13 iyul 2025 , 09:46
Kişinin mədəsindən 27 alışqan çıxardılar - FOTO
13 iyul 2025 , 02:11
İtalyan mafiya başçısı Kolumbiyada yaxalandı
12 iyul 2025 , 22:46
Şöbəyə basqın edib miqrantı öldürdülər - Polislərin gücü çatmadı
12 iyul 2025 , 17:04
Dünyada yeni dövlət yaranır
12 iyul 2025 , 16:28
Milyonçuların məşhur yaxtası YANDI: icarəsi görün neçəyədir?
12 iyul 2025 , 10:31
1300-dən çox dövlət qulluqçusu və diplomat işini itirdi
12 iyul 2025 , 08:22
Ukraynada Rusiyanın tərəfində döyüşən 28 ölkədən olan muzdlu öldürülüb
11 iyul 2025 , 19:20