Nazirlikdən sürücülərə <span style="color:red;">TÖVSİYƏ:  avtomobilləri saz saxlayın
21 avqust 2019 11:53 (UTC +04:00)

Nazirlikdən sürücülərə TÖVSİYƏ: avtomobilləri saz saxlayın

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Regional Ekologiya İdarələri  Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ilə birgə ölkə ərazisində “Təmiz hava aylığı” ilə bağlı aksiyaları davam etdirir.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, avqustun 1-dən 31-dək davam edəcək tədbirlər çərçivəsində avtomobillərin ixrac etdiyi zərərli qazların miqdarı yoxlanılır və maarifləndirici tövsiyələr verilir.

“Təmiz hava” aylığı ilə bağlı keçirilən reydlər zamanı avtomobillər saxlanılaraq zərərli qazların miqdarı yoxlanılır. Havaya normadan artıq tullantı atan avtomobillərin sürücülərinə maarifləndirici məlumatlar verilir.

ETSN sürücülərə tövsiyə edir ki, həm sağlamlıq, həm də ətraf mühitin qorunması üçün avtomobillərini saz vəziyyətdə saxlasınlar.

 

 

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1050

Oxşar yazılar