
Soyuq limon mürəbbəsinin hazırlanması - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi
0
0
Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
Bu dəfə sizi sosial şəbəkədə “Fidana's Home” adı ilə məşhur olan səhifəyə istinadla soyuq limon mürəbbəsinin resepti ilə tanış edəcəyik.
Tərkibi:
6 limon, 3 stəkan şəkər tozu, 1 x/q bal (zövqə görə)
Hazırlanma qaydası:
Limonları yuyuruq, sonra baş və arxa hissəsini kəsirik. Limonları dilimlərə bölüb, blendirdən keçiririk. Daha sonra şəkər tozunu və balı əlavə edib qarışdırırıq.
Nuş olsun!
0
0