Azərbaycanda attestat ala bilməyən Türkiyədən diplomla dönür - <span style="color:red;">EKSPERT
16 avqust 2019 15:05 (UTC +04:00)

Azərbaycanda attestat ala bilməyən Türkiyədən diplomla dönür - EKSPERT

Hər Azərbaycanda keçirilən buraxılış və qəbul imtahanlarından sonra yetərli bal toplaya bilməyib ali məktəbə qəbul ola bilməyənlər xarici ölkələrə üz tutur. Gənclərin təhsil almaq üçün getdiyi ölkələrdən biri də Türkiyədir. Təxminən 15 minə yaxın soydaşımız təhsil almaq üçün Türkiyəyə gedir.  

Lent.az xəbər verir ki, təhsil eksperti Kamran Əsədov da mövzu ilə bağlı ciddi problemlərə münasibət bildirib:

“Azərbaycanda şagirdlər orta məktəbi bitirəndən sonra attestat alırlar. Amma müəyyən qədər attestatı ala bilməyənlər də olur. Onlar sonra saxta attestat ilə xarici ölkələrdə təhsil almağa üz tutur və 4 il sonra diplom alırlar və gəlib ölkədə bu diplomu tanıtdırırlar. Yəni orta məktəbi bitirməyən ali təhsil diplomu ilə gəlir”. 

K.Əsədov əlavə edib ki, Təhsil Nazirliyi diplomu tanıyarkən müracət edənin orta məktəbi bitirməsi məsələsini də araşdırmalıdır:

“Türkiyə universitetləri Azərbaycandan müraciət edənlərin saxta sənəd, imtahan nəticəsi təqdim etməsindən təngə gəlib”.

# 2742
avatar

Aygün İbrahimli

Oxşar yazılar