“Xan bağı”nda yaşlı ağaclar quruyur
16 avqust 2019 11:10 (UTC +04:00)

“Xan bağı”nda yaşlı ağaclar quruyur

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Gəncə şəhərində 6 hektar ərazisi olan “Xan bağı” parkında 79 növ yerli və introduksiya olunmuş dekorativ ağac və kol bitkiləri üzərində monitorinqlər keçirib. 

Qurumdan Lent.az-a bildirilib ki, monitorinqlərin aparılmasında əsas məqsəd parklarda dekorativ ağac və kol bitkilərində fitosanitar vəziyyətlərin qiymətləndirilməsi, eyni zamanda iri gövdəli, yaşlı, tamamilə qurumuş, gövdəsi, iri budaqları və çətir hissəsi yarı qurumuş ağacların aşkar edilərək quruma səbəblərinin müəyyənləşdirilməsi olub.

Monitorinq zamanı sağlam yaşıl ağaclarda, qismən və ya tamamilə qurumuş iri gövdəli ağacların (bitkilərin) xəstəlik və zərərverici ilə sirayətlənmə halları aşkar edilməyib. Lakin parkda bir neçə yaşlı, iri gövdəli ağacların (Eldar şamı, Akasiya, Kiparis, Kağız ağacı və s.) quruması müşahidə olunub. 

Sözügedən parkda quru ağacların qanunvericiliyə uyğun olaraq kəsilib götürülməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi məqsədi ilə aidiyyəti qurumlara məlumatlar verilib.

 

 

 

# 611
avatar

Aygün İbrahimli

Oxşar yazılar