Məşhurlar yay tətilini necə keçirir? - Dəniz sahillərindən FOTOLAR
24 iyun 2026 11:29 (UTC +04:00)

Məşhurlar yay tətilini necə keçirir? - Dəniz sahillərindən FOTOLAR

0

Yay mövsümünün başlaması ilə tanınmış simalar istirahət üçün Türkiyənin məşhur kurort bölgələrinə üz tutublar. Onların çimərlik və yaxta görüntüləri sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.

Lent.az hazırda istirahətdə olan məşhurların siyahısını təqdim edir:

Aktrisa Melis Sezen istirahətə yollanaraq çimərlikdə çəkdirdiyi fotoları İnstagram hesabında izləyiciləri ilə bölüşüb. O, paylaşımına "Dəniz mələyi" qeydini əlavə edib.

Hazırda tətilin dadını çıxaran aktrisa Serenay Sarıkaya verdiyi pozlarla diqqət çəkib. Məşhur aktrisanın paylaşımı qısa müddətdə minlərlə bəyənmə toplayıb.

Gənc aktrisa Mina Derman yay tətilinə Çeşmədə start verib. "The Beach of Momo"da görüntülənən aktrisa dostları ilə birlikdə həm günəşdən, həm də dənizdən həzz alıb.

Müğənni Mustafa Sandal həyat yoldaşı Melis Sütşurup ilə birlikdə Bodrumun Yalıkavak bölgəsində istirahət edərkən kameraların obyektivinə tuş gəlib. Cütlük gün ərzində sahildə vaxt keçirərək istirahətin dadını çıxarıb.

Müğənni Sıla isə 46 yaşını sevgilisi İlker Kaleli və yaxın dostları ilə birlikdə Bodrumda qeyd edib. O, istirahətini də həmin bölgədə keçirir.

Uzun müddətdir ekranlardan uzaq qalan aktrisa Mine Tuğay da istirahət üçün dəniz sahillərinə üz tutub. 47 yaşlı aktrisanın paylaşdığı fotolar izləyicilər tərəfindən maraqla qarşılanıb.

Aktrisa Dilara Aksüyek də Bodrum tətilindən paylaşdığı fotolarla diqqət çəkib. "Daha 17" serialı ilə tanınan aktrisa yay enerjisini izləyicilərinə çatdırıb.

Fit görünüşü ilə diqqət çəkən Yonca Evcimik Monteneqro tətilindən paylaşdığı fotolarla sosial şəbəkələrdə böyük maraq doğurub. Adriatik dənizi sahillərində yay mövsümünü açan məşhur müğənni enerjisi ilə izləyicilərinin diqqətini çəkib.

Ötən il İzmirə köçən aktrisa Nurgül Yeşilçay tətil mövsümünü prodüser sevgilisi Necati Kocabay ilə birlikdə Marmarisdə açıb. Selimiyedə yerləşən hotellərdən birində görüntülənən cütlük gün ərzində günəşlənərək istirahətin dadını çıxarıb.

Aktrisa Afra Saraçoğlu mövsümün yorğunluğunu üzərindən atmaq üçün istirahətə yollanıb. Harada olduğunu açıqlamayan məşhur aktrisa gün ərzində dənizin və günəşin dadını çıxarıb. 28 yaşlı Saraçoğlu istirahətindən maraqlı anları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşərək böyük maraq yaradıb.

Yay mövsümünü Bodrumda açan aktyor Ekin Mert Daymaz ötən gün Yalıkavakdakı çimərlik məkanlarından birində görüntülənib. Aktyor çimərlikdə tanış olduğu gənc xanımla uzun müddət söhbət edərək diqqət çəkib.

Aktrisa Hazal Kaya fotosunu sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Çeşmədə istirahət edən məşhur aktrisa paylaşımına "Mövsüm açıldı" qeydini əlavə edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 356

Oxşar yazılar